ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

30 yanvar 1992-ci il - Azərbaycan Respublikası ilə Əməkdaşlıq Təşkilatının ATƏT üzvü olub.

Azərbaycan Respublikası 30 yanvar 1992-ci ildən Avropada Təhlükəsizlik və ‎Əməkdaşlıq Təşkilatının (ATƏT, 1 yanvar 1995-ci ilədək Avropada Təhlükəsizlik və ‎Əməkdaşlıq Müşavirəsi - ATƏM) üzvüdür. ATƏT Azərbaycanın daxil olduğu ilk ‎Avropa təşkilatıdır. ‎ATƏT-ə üzv olmaqla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin ‎bu beynəlxalq təşkilatın gündəliyinə çıxarılması aktual məna kəsb edib. Qeyd etmək lazımdır ki, ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur. 1992-ci ilin fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycan Respublikasına mənsub olunmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı. Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır. 1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyü bir daha öz təsdiqini tapmışdır.Azərbaycan üçün ATƏT-in ən əhəmiyyətli qurumlarından biri də Minsk qrupudur. Minsk qrupu Daölıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyasını icra edir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. 1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif tərtib edilmişdir. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməmişlər.

Bookmark and Share