ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

1998-ci il yanvarın 30-da ümummillider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması sərəncamı

Tarixdə bu gün 1998-ci il yanvarın 30-da Azərbaycan Respublikası prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 80 illiyinin keçirilməsi haqqında sərəncam verilib.

Azərbaycan Xalq Cümhuriy-yətinin 80 illiyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyev 2 ilə qədər fəaliyyət göstərmiş milli hökumətin dövlətçilik tariximizdə tutduğu yerə xüsusi qiymət vermişdir: “1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Azərbaycan xalqının həyatında tarixi hadisə olmuşdur və xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biridir”.Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə qiymət verməklə yanaşı, XX əsr Azərbaycan tarixini dövrlərə bölərək qeyd edir: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından keçən 80 il dörd mərhələyə bölünə bilər: birinci – 1918-20-ci illər–Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illər; ikinci – 1920-1922-ci illər – Azərbaycan Sovet Sosialist Respublikasının hakim olduğu illər; üçüncü – 1922-1991-ci illər–Azərbaycanda totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığımız dövr; dördüncü–1991-ci ilin sonundan, dekabrından başlayaraq, Sovetlər İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək keçən dövrdür”. Azərbaycan Xalq Cümhuriy-yətinin fəaliyyətinə, onun həyata keçirdiyi tədbirlərə yüksək qiymət verən Heydər Əliyev Cümhuriyyətin dərslərindən də nəticə çıxarmağı tövsiyə edərək qeyd edir: “1918-1920-ci illərdə Xalq Cümhuriyyətinin həyatında olmuş çəkişmələr, didişmələr, hakimiyyət mübarizəsi və şəxsi mənafeyinə görə ümummilli mənafeyə zərbələr vurulması acı həqiqətdir. Biz keçmişimizdən ibrət götürməliyik, keçmişimizin zərərli tərəflərinin yenidən cücərməsinə yol verməməliyik”. Azərbaycan Xalq Cümhuriy-yətinin 80 illik yubileyində Heydər Əliyev 1918-1920-ci illərdə Azərbaycanın dövlət müstəqilliyini və 2 illik fəaliyyəti ilə dünya dövlətlərinin sırasına qoşulmuş milli hökumətin fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Xalq Cümhuriyyətinin 80 illik yubileyinə respublikamızda hazırlıq aparılarkən elmi konfranslar, müxtəlif müşavirələr, təntənəli mərasimlər keçirilmişdir. Tarixçilər, ədəbiyyatçılar, mədəniyyət xadimlərimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti ilə bağlı geniş tədqiqat işləri aparmış, çox maraqlı faktlar meydana çıxmışdır. Bir çox tədqiqat əsərləri nəşr olunmuşdur”. Ulu öndər Heydər Əliyev Cümhuriyyət dövrünün təhlilini verməklə yanaşı, çağdaş Azərbaycan tarixçiləri qarşısında bir çox məsul vəzifələr qoyaraq demişdir: “Ümidvaram ki, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bu işlər uğurla davam etdiriləcəkdir. Xalq Cümhuriyyətinin yaranması, onun yaranmasına qədərki dövr və 2 illik fəaliyyəti tarixi əsərlərdə öz əksini olduğu kimi tapacaqdır”.

Bookmark and Share