ANA SƏHİFƏ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

6 fevral,1905-ci ildə - Rusiya hakim dairələrinin təhriki ilə ermənilərin Bakıda azərbaycanlılara qarşı törətdiyi qırğın başa çatıb

1905 — Rusiya hakim dairələrinin təhriki ilə ermənilərin Bakıda azərbaycanlılara qarşı törətdiyi qırğın başa çatıb. Həmin ildə, Rusiyada iğtişaşların baş verməsi, çarizmə qarşı narazılıq dalğasının güclənməsi Cənubi Qafqazda da güclü əks-səda doğururdu. Bu qarışıqlıqdan ermənilər məharətlə istifadə etmişdilər. Qafqaz Canişinliyinin yüksək rütbəli erməni və ermənipərəst məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci ildə Cənubi Qafqazda azərbaycanlıların kompakt yaşadıqları ərazilərə silahlı hücumlar edib etnik təmizləmə həyata keçirməklə, həmin ərazilərdə Türkiyədən qaçıb gələn erməniləri məskunlaşdırmaqla özlərinin say üstünlüyünə nail olmaq, sonra isə yeni yaranan erməni anklavlarını birləşdirməklə, erməni dövlətinin əsasını qoymaq istəyirdilər. “Hnçak” partiyasının proqramına əsasən yaradılması nəzərdə tutulan erməni dövləti Cənubi Qafqazın, Şərqi Anadolunu və Cənubi Azərbaycanın bir hissəsini əhatə etməli idi.

1905-ci il fevralın 6-da Sabunçu qəsəbəsinin sakini Ağarza Babayevin Bakının mərkəzində öldürülməsi ilə şəhərdə və ətraf qəsəbələrdə ilk qırğınlar başlamışdır. Ermənilərin evlərinin damından, pəncərələrindən küçədən keçən azərbaycanlılar gülləbaran edilirdi. Evlər, mağazalar qarət edilir və yandırılırdı. Bakıdakı bir çox fabriklər və müəssisələr yandırılıb dağıdıldı. Hakimiyyət orqanları qırğınların dayandırılmasında acizliyini göstərdi. Hər iki tərəfdən minə yaxın insanın ölməsi və yaralanması ilə nəticələnən qırğınlar fevralın 9-da dayandırıldı.

 

Bookmark and Share