ANA SƏHİFƏ 1 TARİXİMİZ 1 ELMİ ŞURA 1 LABORATORİYALAR 1 MUZEY 1 MÜBADİLƏ PROQRAMMLARI 1 KONFRANSLAR 1 ƏLAQƏ 1

12 mart 1991-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaradılıb.

Həmin ilin dekabrında keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və şəxsi heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Ümummilli lider Heydər Əliyevin 1995-ci il 9 mart tarixli Fərmanına əsasən 12 mart - Daxili Qoşunlar Günü elan olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların 510 zabit və əsgəri qəhrəmancasına həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb.

Bookmark and Share